İstirahət günlərində 52 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7–13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.
Reportyor.az xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Ümumilikdə istirahət günlərində 1780 reys həyata keçirilib, 52000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 16850 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 32 faizini təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-11-2024, 14:31