Əlilliyə görə sosial ödənişlər 2 dəfə artıb
Əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı da təmin olunur.
Bu barədə DSMF-dən bildirilib.
Bu kateqoriyadan olan şəxslərə əlilliyə görə aylıq pensiya, müavinət, təqaüd ödənilir. 2018-2024-cü illərdə ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.
Həmçinin, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib.
Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır.
KARUSEL / SOSİAL
Tarix: Dünən, 11:07