İran Nobel Sülh Mükafatı laureatı Narges Mohammadini üç həftəlik azad edib
İran 2021-ci ilin noyabrından həbsdə olan Nobel Sülh Mükafatı laureatı Narges Mohammadini tibbi səbəblərə görə üç həftəlik azadlığa buraxıb.
Reportyor.az xəbər verir ki, bu barədə vəkil Mustafa Nili X-də bildirib.
“Müayinəni aparan həkimin məsləhəti əsasında dövlət ittihamçısı Narges Mohammadi haqqındakı həbs cəzasını üç həftə müddətinə təxirə saldı və o, həbsdən azad edildi”.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:42