mobil versiya

Türkiyə öz sərhədləri ilə məhdudlaşdırıla bilməz və təsirini genişləndirməlidir: Ərdoğan






"Türkiyə öz sərhədləri ilə məhdudlaşdırıla bilməz və ölkənin potensialı məhdudlaşdırılmamalıdır.

Reportyor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ölkənin ən yaxşı alimləri və perspektivli tədqiqatçılarının mükafatlandırılması mərasimində çıxışında deyib:“Gələcəkdə daha yaxşı yerdə olacağıq. Türkiyə sadəcə olaraq 782 min kvadrat kilometr ərazi ilə məhdudlaşan bir yer deyil. Tarixin bizim üçün müəyyən bir missiyası var və biz buna uyğun hərəkət etməliyik.

Türkiyə hökuməti Osmanlı İmperiyasının mirasını canlandırmaqda ittiham olunur. Bununla belə, Ərdoğan çıxışı zamanı iddiaları rədd edərək, Türkiyənin səylərini keçmiş Osmanlı əraziləri ilə tarixi əlaqələri gücləndirmək kimi xarakterizə edib.

“Bəziləri bunu başa düşə bilmir. Liviyada və ya Somalidə nə etdiyimizi anlaya bilmirlər. Onlar bizim missiyamızdan xəbərsiz deyillər. Türkiyənin transformasiyasını görə bilməyənlər bizim keçdiyimiz inkişafın gedişatını görə bilməzlər. Biz onlarla vaxt itirməyəcəyik və diqqətimizi hədəflərimizə yönəldəcəyik. İnanıram ki, siz bu müqəddəs yolda üzərinizə düşən məsuliyyəti öz üzərinizə götürəcəksiniz”.

Prezident Türkiyənin artan geosiyasi təsirini və regional problemlərin həllində onun məsuliyyətini vurğulayıb.

O, Suriyada davam edən böhrana toxunaraq, “Suriyada baş verənlər Türkiyənin özündən daha böyük olduğunu bizə xatırladır. Türkiyənin gücü təkcə texnoloji və elmi tərəqqidə deyil, həm də ədalətə, sabitliyə və tərəqqiyə davamlı sadiqliyindədir”, - deyə Ərdoğan bildirib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:41