Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “Vietnam Defence Expo 2024” sərgisində iştirak edir
Dekabrın 19-da Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində “Vietnam Defence Expo 2024” 2-ci Beynəlxalq Müdafiə Sərgisi işə başlayıb.
Reportyor.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat paylaşıb.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti iştirak edib.
Vyetnamın Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən sərgidə silah, döyüş sursatları, hərbi hava və hava hücumundan müdafiə vasitələri, hərbi gəmilərin sistem və avadanlıqları, pilotsuz uçuş aparatları, helikopterlər, rabitə, naviqasiya sistemləri, zirehli nəqliyyat, kəşfiyyat və radioelektron mübarizə vasitələri və s. nümayiş etdirilir.
Qeyd olunmalıdır ki, tədbir dekabrın 22-də başa çatacaq
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:12