11 ali təhsil müəssisəsində institusional akkreditasiya keçirilib
2024-cü il ərzində ümumilikdə 11 ali təhsil müəssisəsində institusional akkreditasiya, 14 ibtidai sinif müəllimliyi üzrə proqram akkreditasiyası, ikili diplom proqramı üzrə akkreditasiya qiymətləndirməsi, 4 peşə təhsili müəssisəsi üzrə institusional akkreditasiya keçirilib.
Reportyor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib. O bildirib ki, cari ildə 6013 müraciət üzrə xaricdə əldə olunan kvalifikasiyanın ekspertizası və qeyri-formal və informal təhsil sahəsində tanınma həyata keçirilib. Qeyd edib ki, 4891 müraciət üzrə müsbət, 1122 müraciət üzrə mənfi rəy verilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:38