ABŞ Suriyaya yardımla bağlı məhdudiyyətləri yüngülləşdirəcək
Bayden administrasiyası bazar ertəsi günü Suriyaya humanitar yardıma qoyulan məhdudiyyətləri yüngülləşdirəcəyini, Dəməşqdəki yeni hökumətə digər yardımları məhdudlaşdıran sanksiyaları ləğv etmədən əsas ləvazimatların çatdırılmasını sürətləndirəcəyini elan etməyi planlaşdırır.
Reportyor.az xəbər verir ki, bu barədə Wall Street Journal xəbər yayıb.
Həftə sonu administrasiya tərəfindən təsdiqlənən addım Xəzinədarlıq Departamentinə su, elektrik enerjisi və digər humanitar ləvazimatlar kimi zəruri ehtiyacları təmin edən yardım qruplarına və şirkətlərə güzəştlər vermək səlahiyyəti verir.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 09:51