Bilgəh qəsəbəsi sahilində suiti və quş cəsədləri aşkarlanıb
Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində suiti və quş cəsədləri aşkarlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev mediaya açıqlamasında deyib.
O bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.
Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 14:26