mobil versiya

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur



Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin -geoparkların yaradılması və ölkəmizin UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib.
Xidmət rəisi ölkəmizdə ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradıldığını qeyd edib. O bildirib ki, bununla bağlı olaraq UNESCO-nun İnsan və Biosfer Proqramına təqdim ediləcək nominasiya dosyesinin hazırlanması prosesi yekunlaşıb.
F. Əliyev, həmçinin deyib ki, ölkəmizdə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması ilə bağlı işlər davam etdirilir.
“Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər aparılır”, - deyə xidmət rəisi vurğulayıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-07-2024, 16:21