Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Maka Boçorişvili Bakıda bir sıra görüşlər keçirəcək.
Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq.
Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.(azərtac)
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:49