mobil versiya

Türkmənistan 2025-ci ili "Beynəlxalq Sülh və Etimad İli elan" edib



Türkmənistanın Azərbaycandakı Səfirliyində 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsinə həsr edilən tədbir təşkil olunub.

Reportyor.az
saytına bi barədə səfrilikdən məlumat verilib.

Türkmənistanın Azərbaycandakı səfiri Q.Elyasov çıxışında Türkmənistan tərəfindən təklif olunan konkret tədbirlərin və tədbirlərin həyata keçirilməsi üçün Beynəlxalq Sülh və Etimad İli çərçivəsində Türkmənistanın fəaliyyət Konsepsiyasına və prioritetlərinə diqqət çəkib.

Həmçinin tədbir zamanı toplaşanlara 2025-ci ilin dekabrında Aşqabadda Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Bitərəflik Günü və Türkmənistanın daimi bitərəfliyinin 30 illiyinə həsr olunmuş böyük beynəlxalq forumun keçirilməsinə hazırlıq barədə məlumat verilib.

Konfransda çıxış edənlər Türkmənistanın tarixindən, əhəmiyyətindən, müsbət neytrallıq prinsiplərindən danışıblar.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, yerli KİV nümayəndələri, eləcə də Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan türkmən tələbələri iştirak ediblər.



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:26