mobil versiya

Türkmənistan Müstəqilliyinin 33-cü ildönümünü qeyd edir



Aşqabadda Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş bayram paradı keçirilib.

Reportyor.az
xəbər verir ki, Türkmənistan xalqı ölkənin Müstəqilliyinin 33-cü ildönümünü təntənəli şəraitdə qeyd edir.

Yerli media xəbər verir ki, səhər saatlarında Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, hökumətin, parlamentin, ictimai təşkilatların, siyasi partiyaların rəhbərləri və nümayəndələri, ağsaqqallar, dövlət başçılarının, Aşqabadda akkreditə olunmuş diplomatik nümayəndəlikləin iştirakı ilə Müstəqillik abidəsi önünə gül qoyma mərasimi olub.

Bayram ərəfəsində Türkmənistanın paytaxtında ölkənin müstəqilliyinin 33-cü ildönümü şərəfinə Türkmənistanın müəssisə, təşkilat və idarələrinin ən yaxşı işçilərinin təltif edilməsi mərasimləri keçirilib. Prezident Serdar Berdiməhəmmədovun Sərəncamlarına əsasən, Türkmənistanın Müstəqillik Günü şərəfinə dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə bir qrup ölkə vətəndaşı orden, medal və fəxri adlarla təltif edilib.

Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Dünən, 11:35