mobil versiya

Türkmənistan “Dragon Oil” şirkətinin təkliflərini nəzərdən keçirməyə hazırdır



Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov “Dragon Oil” şirkətinin Direktorlar Şurasının sədri Səid Əl Tayer ilə görüşüb.

Yerli media xəbər verir ki, görüş zamanı tərəflər Türkmənistan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq əlaqələrinin təkcə ikitərəfli formatda deyil, beynəlxalq strukturlar, xüsusilə də BMT çərçivəsində davamlı şəkildə inkişaf etdiyini məmnunluqla ifadə edib.

Türkmənistan və BƏƏ arasında yanacaq-energetika sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib, Serdar Berdiməhəmmədov yanacaq-energetika sahəsində BƏƏ-nin aparıcı şirkətləri ilə əməkdaşlığın müsbət dinamikası qeyd olunub.

Həmçinin, tərəflər uzun illərin birgə fəaliyyəti və Türkmənistanın yanacaq-energetika kompleksinin inkişafı üzrə kompleks planlarını nəzərə alaraq tərəfdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə edib.

Prezident Serdar Berdiməhəmmədov Türkmənistan tərəfinin “Dragon Oil” şirkətinin konkret təkliflərini nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-08-2024, 17:46