mobil versiya

Türkmənistan-Tacikistan münasibətlərinin aktual məsələləri müzakirə olunub




Türkmənistan nümayəndə heyətinin Tacikistan Respublikasına səfəri çərçivəsində xarici işlər nazirinin müavini Əhməd Qurbanov Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb. Görüşdə tərəflər ən yüksək səviyyədə dostluq və etimad əsaslı siyasi dialoq əsasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Yerli media xəbər verir ki, tərəflər ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini qiymətləndirib, nəqliyyat, enerji, ekologiya və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Mədəniyyət və humanitar sahədə əməkdaşlığa xüsusi diqqət yetirilib. Tərəflər Tacikistan Respublikasının Xatlon vilayətinin Dusti rayonunda iki ölkənin və xalqların dostluq və qardaşlıq rəmzinə çevrilməsi nəzərdə tutulan Maqtımqulu adına orta məktəbin açılışına hazırlıq işlərini ətraflı müzakirə olunub.

Məktəbin rəsmi təməlqoyma mərasimi Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun ötən ilin mayında iki dövlət başçılarının iştirakı ilə Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində baş tutub.

KARUSEL / DÜNYA
Tarix: 26-08-2024, 15:30