mobil versiya

Türkmənistan lideri Türkiyənin müdafiə naziri ilə hərbi sahədə tərəfdaşlığı müzakirə edib


Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Berdiməhəmmədov Türkmənistanın hərbi doktrinasının sırf müdafiə xarakterli olduğunu qeyd edib. Dövlət başçısı Türkmənistanın hərbi qulluqçularının peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Türkiyədə keçirilən seminarlarda iştirak etdiyini xatırladıb.
Berdiməhəmmədov və türkiyəli nazir əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Gülər Dövlət Təhlükəsizlik Şurasının katibi, Türkmənistanın müdafiə naziri Begenç Gündoğdiyevlə də görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.(apa)


KARUSEL / DÜNYA
Tarix: 27-06-2024, 10:00