Banqkokda havanın çirklənməsi 352 məktəbi bağlamağa məcbur edib
Taylandın paytaxtında havanın çirklənməsi 350-dən çox məktəbi bağlamağa məcbur edib.
Reportyor.az xəbər verir ki, bu barədə ölkə rəsmiləri deyib.
Banqkok hava keyfiyyətinin monitorinqi IQAir tərəfindən dünyanın yeddinci ən çirklənmiş böyük şəhəri seçilib.
"Banqkok Böyükşəhər İdarəsi havanın çirklənməsi səbəbindən 31 rayonda 352 məktəbi bağlayıb."
qurum rəsmi LINE qrupunda paylaşdığı mesajda bildirib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:02