XİN Holokost qurbanları ilə bağlı paylaşım edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 27 yanvar- Holokost qurbanlarının Beynəlxalq anım günü ilə əlaqədar Facebook sosial şəbəkəsində paylaşım edib.
Reportyor.az xəbər verir ki, paylaşımda deyilir:
"27 Yanvar - Beynəlxalq Holokostu Anma Günündə biz bəşər tarixinin vəhşiliklərindən birinin qurbanlarını yad edirik.
Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşıyıq, antisemitizm və ksenofobiyanın bütün formalarını, dözümsüzlüyün təzahürlərini pisləyirik"
KARUSEL / SİYASƏT
Tarix: 27-01-2025, 13:17