mobil versiya

Biz USAID-in ləğv olunması prosesesindəyik - Mask



Amerika hökumətinin effektivliyinin artırılması üzrə qurumun (DOGE) rəhbəri İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Üzrə Agentliyinin (USAID) ləğv olunması prosesinin başlanıldığını bəyan edib.

Reportyor.az xəbər verir ki, Mask bu barədə ona məxsus olan “X” sosial şəbəkəsində deyib.

“Biz USAID-in ləğv olunması prosesesindəyik.USAID bir daha bərpa olunmayacaq. Bu, qurdlu alma deyil, sadəcə bir qurd yığınıdır. Alma yoxdur, ona görə də hər şeydən qurtulmaq lazımdır".

Mask bir müddət əvvəl USAID-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham etmişdi.

Prezident Donald Tramp jurnalistlərə açıqlamasında USAID-i tənqid edib, onun zəif idarə olunduğunu deyib: “USAID radikal dəlilər tərəfindən idarə olunur və biz onları oradan çıxarırıq, sonra qərar verəcəyik”.

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:19