Bu rayonların heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 27-31 yanvar tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı və Cəlilabad rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Şamaxı rayonu üzrə | |||
Kərimov Elşad Arif oğlu | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | İnzibati protokol tərtib edilib | |
Cəlilabad rayonu üzrə | |||
Qənbərov Zakir Süleyman oğlu | Cəlilabad şəhəri, Cavadxan küçəsi | İnzibati protokol tərtib edilib | |
Mansurov Afiz Zəki oğlu | Cəlilabad şəhəri, Cavadxan küçəsi | İnzibati protokol tərtib edilib | |
Qasımov Zülfiqar Allahverdi oğlu | Cəlilabad şəhəri, Cavadxan küçəsi | İnzibati protokol tərtib edilib | |
Gülverdiyev Ramil Dadaş oğlu | Cəlilabad şəhəri, Cavadxan küçəsi | İnzibati protokol tərtib edilib | |
Qasımov Ramil Allahverdi oğlu | Cəlilabad şəhəri, H.Əliyev prospekti | İnzibati protokol tərtib edilib |
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:37