mobil versiya

Kreml Trampın Qəzzanı almaq planı ilə bağlı daha ətraflı məlumat gözləyir





Kreml ABŞ prezidenti Donald Trampın Qəzza zolağının satın alınması planı ilə bağlı daha çox təfərrüat gözlədiyini bildirib və bu ideya bir çox ölkədə qınağa səbəb olub.

Bazar günü Tramp bildirib ki, Qəzzanı almağa və ona sahib olmağa sadiqdir, lakin müharibə nəticəsində dağıdılan ərazilərin Yaxın Şərqdəki digər dövlətlər tərəfindən yenidən qurulmasına icazə verə bilər.

Reportyor.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Trampın planının Moskva üçün məqbul olub-olmaması ilə bağlı suala cavab olaraq Qəzzada 1,2 milyon insanın yaşadığını qeyd edib.

“Əgər biz ardıcıl fəaliyyət planından danışırıqsa, burada bəzi təfərrüatları gözləməyə dəyər. Söhbət orada yaşayan, demək olar ki, 1,2 milyon fələstinlidən gedir və yəqin ki, əsas məsələ budur. Bunlar Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə Yaxın Şərq probleminin iki dövlət əsasında həlli vəd edilmiş insanlardır və s. Bu kimi suallar çoxdur. Təfərrüatları hələ bilmirik, ona görə də səbirli olmalıyıq”, – deyə Peskov konfrans zamanı bildirib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:13