AZAL Israilin "El Al" aviaşirkəti arasında yeni tərəfdaşlığını elan edib
![](/uploads/posts/2025-02/1739251943_1739251939826.png)
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Israilin "El Al" aviaşirkəti arasında yeni tərəfdaşlığını elan edib.
Reportyor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, bu əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri kod-şer razılaşması əsasında “EL AL” və “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən reyslərdən yararlana biləcəklər. “EL AL” aviaşirkətinin kodu (LY) “Azərbaycan Hava Yolları”nın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.
Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə etmək olar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:32