İrandan gətirilən kartof məhv edilib
![](/uploads/posts/2025-02/1739255389_1739255346920.png)
Nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.
![](/uploads/posts/2025-02/1739255336_1739255302835.png)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:01