Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə fevralın 15-16-da əlavə qatar reysləri təyin edir.
Reportyor.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan , “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-02-2025, 15:38