mobil versiya

Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu açıqlanıb



Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu müəyyənləşib.

Reportyor.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Ayın ən yaxşısı "Kəpəz"in futbolçusu Turan Manafovun 19-cu turda "Turan Tovuz"un qapısına vurduğu ilk qol olub.

Münsiflər heyətinin 11 üzvündən 4-ü Turan Manafova səs verib. 26 yaşlı müdafiəçinin ən yaxın izləyiciləri isə bu ay "Turan Tovuz"dan ayrılan Otto Con və "Zirə"nin futbolçusu Ruan Renato olub - hərəyə 3 səs.

KARUSEL / İDMAN
Tarix: 14-02-2025, 15:20