Sahibkarlıq sahəsində yoxlamaların aparılması daha bir il dayandırılıb

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Reportyor.az xəbər verir ki, sənədə əsasən, sahibkarlıq sahəsində yoxlamaların aparılması daha bir il dayandırılıb.
Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Sözügedən qərarın müddəti bu ilin yanvarın 1-də başa çatmışdı.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-02-2025, 12:58