mobil versiya

122 piyada əleyhinə mina zərərsizləşdirilib




Azad olunan ərazilərdə fevralın 10-dan 16-dək 51 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 306 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilir.

935.6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

KARUSEL / ÖLKƏ
Tarix: 17-02-2025, 15:06