mobil versiya

İlyas İsmayılov Nardaran qəbristanlığında dəfn olunacaq



Sabiq Baş Prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun dəfn olunacağı yer açıqlanıb.

Reportyor.az xəbər verir ki,  bu barədə partiyanın sədr müavini Elxan Şükürlü bildirib.

“Cənazə sabah saat 11.00-da Heydər Məscidindən götürüləcək. İlyas İsmayılov vəsiyyətinə uyğun olaraq, Nardaran qəbristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.

Qeyd edək ki, İlyas İsmayılov uzun sürən xəstəlikdn sonra bu gün dünyasını dəyişib.

Allah rəhmət eləsin!

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2025, 18:27