FHN onlara xəbərdarlıq edib

Reportyor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.
O bildirib ki, bu balonların tərkibində yüksək təzyiq altında qaz doldurulmuş olur və bunların sızması, onların texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış, o cümlədən, yanğın hadisələri ilə nəticələnir.
“Əhalinin sağlamlığının, o cümlədən, dövlətin əmlak maraqlarının müdafiəsinin təmin edilməsi məqsədilə aparılan monitorinq çərçivəsində əməkdaşlarımız tərəfindən sahibkarlarla aparılan profilaktik söhbətlər nəticəsi olaraq qurğularının obyektlərindən kənarlaşdırılması təmin olunacaq.
Bir daha vurğulamaq istərdik ki, belə qanun pozuntularına yol verən şəxslərlə bağlı növbəti yoxlamalar zamanı qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək.
Eyni zamanda, bildirmək istərdik ki, fərdi balon qurğuları daşınan qurğulardır və yanğın nəzarəti üzrə dövlət inspektorlarının hər ictimai iaşə obyektində bu təsərrüfatla bağlı fəaliyyətlərin nəzarətdə saxlanılması, onun gündəlik təmin edilməsi kimi imkanlar yoxdur.
Onun üçün də “Yanğın təhlükəsizliyi haqqında” Qanunun altıncı və yeddinci maddələrdə vətəndaşların, o cümlədən, müəssisə rəhbərlərinin üzərinə o vəzifəni qoyur ki, həmin şəxslər onların istifadəsində olan ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etməlidir. Bu, onların vəzifə borclarıdır”, - Cəmil Xudiyev əlavə edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-02-2025, 12:25