mobil versiya

Əməliyyat zamanı "TikTok"da canlı yayım açan cərraha xəbərdarlıq olunub



Əməliyyat zamanı “TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edilib.

Reportyor.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb: “Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.
Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok”da canlı yayım açıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-02-2025, 11:05