Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Fevralın 19-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Reportyor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə, ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
KARUSEL / HADİSƏ
Tarix: Dünən, 10:55