Məcburi qaydada yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək

Aviasiya haqqında Qanununun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edilib.
Reportyor.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.
Dəyişikliyə əsasən, məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.
Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.
Bundan əvvəl qüvvədə olan Qayda da isə, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-02-2025, 17:49