Bakıda “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” keçirilir

Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” keçirilir.
Reportyor.az Azərtac-a istinadla xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib ki, XRİTDX tərəfindən 2023-cü ildən yaradılan bu platformada dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərləri hər il toplaşaraq sahə üzrə problemləri müzakirə etməklə yanaşı yeni imkanları və ideyaları bölüşürlər.

Allahverən İsmayılov qeyd edib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üçün 2025-ci il ən əhəmiyyətli illərdən hesab edilir: “Məhz bu il, strategiyanın əsas bəndlərinin icrasının başa çatması və ya son mərhələdə olması bu sahədə görülən işlər və əldə olunan nəticələrin mühüm olmasını göstərir”, - deyə A.İsmayılov vurğulayıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-02-2025, 11:09