mobil versiya

AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərir



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Reportyor.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir.
“Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr müşahidə oluna bilər. Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. AYNA Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edir”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 13:28