mobil versiya

Yanvarda müavinətlər üzrə 92 mln. manat ödənilib




Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 463 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 92 mln. manat, Prezident təqaüdləri üzrə 58 mln. manat ödənilib.

Yanvar ayında 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 738 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


KARUSEL / SOSİAL
Tarix: Bu gün, 11:01