İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu
ünvanlayıb.
Reportyor.az xəbər verir ki,məktubda deyilir:
Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:08