İdxal olunan toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb

"Qurman Plyus" MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə bAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Faktla bağlı ümumi çəkisi 2035.99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:48