Trampın əsas müttəfiqləri Zelenskinin siyasi opponentləri ilə danışıqlar aparır

Prezident Donald Trampın ətrafının dörd yüksək rütbəli üzvü Ukrayna prezidenti Vladimir Zelenskinin bəzi əsas siyasi rəqibləri ilə müzakirələr aparıb.
Reportyor.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Ukraynanın müxalifət lideri Yuliya Timoşenko və keçmiş prezident Pyotr Poroşenkonun partiyasının yüksək vəzifəli üzvləri ilə danışıqlar aparılıb, Politico üç ukraynalı deputata və ABŞ-ın respublikaçı xarici siyasət ekspertinə istinadən yazır.
Məlumata görə, Ukraynada tez bir zamanda prezident seçkilərinin keçirilə biləcəyi ilə bağlı müzakirələr aparılıb.
KARUSEL / DÜNYA
Tarix: 6-03-2025, 09:12