Cəbrayılda 80 hektar ərazi yanıb, səbəbi araşdırılır

Gecə saatlarında Cəbrayılda baş verən yanğın zamanı 80 hektar ərazi yanıb.
Yanğın rayonun iki kəndi - Aşağı Maralyan və Şükürbəyli ərazisində baş verib.
Hadisə yerinə çağrılan FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları yanğını 02:30 radələrində söndürüb.
Yanğının başvermə səbəbi araşdırılır.
Qeyd edək ki, dünən Cəbrayıl rayonunda boş ərazidə güclü yanğın başlamışdı.
KARUSEL / HADİSƏ
Tarix: 17-03-2025, 10:08