Mərakeşin Sahara məsələsi: Estoniya avtonomiya planını yaxşı, ciddi və etibarlı əsas kimi dəstəklədiyini bir daha bəyan edib

Estoniya 2007-ci ilin aprel ayında Mərakeş tərəfindən irəli sürülmüş avtonomiya planına dəstəyini bir daha ifadə edib. Estoniyanın Xarici İşlər naziri Markus Tsaxkna bu planı bütün tərəflər arasında razılaşdırılmış həll üçün yaxşı, ciddi və etibarlı əsas kimi qiymətləndirib və digər hökumətləri də bu mövqeyə qoşulmağa çağırıb.
Reportyor.az xəbər verir ki, bu bəyanat Estoniyanın paytaxtı Tallində Estoniya Xarici İşlər naziri Markus Tsaxkna ilə Mərakeşin Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər naziri Nasser Burita arasında keçirilən danışıqlardan sonra təşkil olunan mətbuat konfransında verilib. Nasser Buritanın Estoniyaya səfəri Mərakeşin xarici işlər naziri səviyyəsində bu ölkəyə etdiyi ilk rəsmi səfərdir.
Estoniyanın avtonomiya planına dəstəyi, Əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi ilə Mərakeşin Sahara üzərindəki suverenliyini möhkəmləndirmək üçün beynəlxalq səviyyədə artan dəstəklə üst-üstə düşür.
Estoniyanın bu mövqeyi, BMT Təhlükəsizlik Şurasının sonuncu 2756 saylı qətnaməsinin ruhuna uyğundur. Qətnamədə bu müsbət dinamika alqışlanır və bunun üzərində qurulacaq səylərin davam etdirilməsi tövsiyə olunur.
KARUSEL / DÜNYA
Tarix: 16-04-2025, 15:13