mobil versiya

Qrossi: BMT-nin nüvə nəzarəti orqanı İran, ABŞ-ın nüvə danışıqlarında iştirak etməlidir





Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ABŞ və İran arasında danışıqların ikinci raundu öncəsi deyib ki, BMT-nin nüvə nəzarəti orqanı Tehran və Vaşinqton arasında nüvə danışıqlarında rol oynamalıdır.

Reportyor.az xəbər verir ki, çərşənbə günü Tehrana gələn Qrossi İranın xarici işlər naziri və nüvə rəhbəri ilə MAQATE-nin İran-ABŞ nüvə müzakirələrinə necə dəstək verə biləcəyi ilə bağlı müzakirələr aparıb. ABŞ prezidenti Donald Tramp danışıqların nəticəsiz qalacağı təqdirdə İranı bombalayacağı ilə hədələyib.

Qrossi deyib ki, hər hansı nüvə sazişinin qüvvədə olması üçün MAQATE-nin yoxlaması tələb olunacaq: “Agentliyin İran və ABŞ arasında necə körpü ola biləcəyini və danışıqlarda müsbət nəticə əldə edilməsinə kömək etmək üçün mən amerikalı müzakirəçi ilə də əlaqə saxlayıram”.

2018-ci ildə Tramp ABŞ-ı İran və böyük dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə paktından çıxardı və bu, İranın sonradan bu razılaşmanın uranın zənginləşdirilməsi limitlərini aşmasına və MAQATE-nin nəzarətini məhdudlaşdırmasına səbəb oldu.

Fevral ayında MAQATE hesabat yayaraq hazırkı vəziyyətin "ciddi narahatlıq doğurduğunu" bildirir, çünki Tehran uranı 60 faizə qədər saflıqda, silah dərəcəsinə yaxın zənginləşdirir. Tehran uzun müddətdir ki, nüvə silahı əldə etmək istəyini təkzib edir.
KARUSEL / DÜNYA
Tarix: 17-04-2025, 15:46