Məktəblərdə kağız jurnallar ləğv olunacaq

Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırıla bilər.
Bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.
O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.
“Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. “Rəqəmsal məktəb” platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq”, – sektor müdiri əlavə edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-04-2025, 16:43