mobil versiya

Dünən vətəndaşların 12329 manat pulu kiber üsulla oğurlanıb





Keçən gün vətəndaşların bank kartından 10 min manatdan çox pul oğurlanıb.

Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onlayn cinayətkarlıq üzrə rəqəmlər, zərərlər dəyişir. Dünən vətəndaşların 12329 manat pulu kiber üsulla oğurlanıb. Ən yüksək məbləğ 3514, ən kiçik itki 83 manat təşkil edib. Sayıq olan, ehtiyatlı davranan yüzlərlə vətəndaş şübhəli bildiriş - zəng, mesajlardan imtina etdiyi üçün zərərə məruz qalmayıb. Ancaq 13 fakt üzrə — 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 bank kartlarından pul vəsaitləri oğurlanıb. 
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var". 

KARUSEL / HADİSƏ
Tarix: 29-04-2025, 10:21