mobil versiya

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb




Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. 

Reportyor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır.

KARUSEL / GÜNDƏM
Tarix: 30-05-2025, 12:53