MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
Reportyor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür dezinformasiyaları yaymaqla öz təxribatlarını gizlətməyə, beynəlxalq aləmdə yanlış fikir formalaşdırmağa çalışır".
KARUSEL / ÖLKƏ
Tarix: 24-04-2025, 09:33