mobil versiya

Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubu ilə razılaşıb





“Lion”un və “Arsenal”ın sabiq hücumçusu Aleksandr Lakazett Səudiyyə Ərəbistanı çempionatında çıxış edəcək.

Reportyor.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu yüksək liqaya yeni gələn “Neom” klubu ilə iki illik müqavilə imzalayıb. Bu, neftlə zəngin dövlətin hazırkı şeyxinin düşündüyü şəhərin tikintisi üçün möhtəşəm layihə sayılır.

Neom hələ mövcud olmayan bir şəhərdir və onun 2040-cı ilə qədər tikiləcəyi gözlənilir. Klubun özü isə qısa müddət ərzində Səudiyyə Ərəbistanı çempionatının üçüncü ən güclü liqasında oynamağa başlayıb.







KARUSEL / İDMAN
Tarix: 2-07-2025, 15:53