mobil versiya

İİraqda 8 türk əsgəri metan qazına məruz qalaraq həlak olub




İraqın şimalında mağarada aparılan axtarış əməliyyatı zamanı 8 türk əsgəri metan qazına məruz qalaraq həlak olub.

Reportyor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlamasında bildirir. 

Hadisə bazar günü qanunsuz Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı hərbi əməliyyat zamanı şəhid olan türk əsgərinin qalıqlarının tapılması missiyası zamanı baş verib.

Nazirlik bildirib ki, mağarada qaza məruz qalan daha 11 əsgər müalicə olunmaq üçün xəstəxanaya aparılıb.
KARUSEL / DÜNYA
Tarix: 7-07-2025, 10:18