mobil versiya

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib



Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.
Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.
Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı” antiterror əməliyyatı çərçivəsində məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.
KARUSEL / DÜNYA
Tarix: 15-06-2024, 16:51