İran prezidenti İsraili ona sui-qəsd cəhdində ittiham edib
İran prezidenti Məsud Pezeşkian bazar ertəsi verdiyi müsahibədə ötən ay İranla 12 günlük müharibə aparan İsrailin ona sui-qəsd cəhdi etdiyini bildirib.Pezeşkian ABŞ media nümayəndəsi Taker Karlsona İsrailin onu öldürməyə cəhd etdiyinə inanıb-inanmaması ilə bağlı suala cavabında deyib: "Onlar cəhd etdilər, bəli. Onlar buna uyğun hərəkət etdilər, lakin uğursuz oldu".
"Həyatıma sui-qəsdin arxasında ABŞ deyildi. İsrail idi. Mən görüşdə idim... onlar bizim həmin iclası keçirdiyimiz ərazini bombalamağa cəhd etdilər" dedi.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 7-07-2025, 17:30



























