mobil versiya

Yüksək səviyyəli İsrail rəsmilərinə qarşı sui-qəsd hazırlanır



İran və Hizbullahın yüksək səviyyəli İsrail rəsmilərinə qarşı sui-qəsd hazırladığı bildirilir.

Bu barədə İsrailin “Yediot Aharonot” nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən sui-qəsd cəhdi İsrail Təhlükəsizlik Kabinetində də gündəmə gətirilib. Belə ki, Təhlükəsizlik Kabinetinin iclasında iyulun 30-da Livanın paytaxtı Beyrutda və iyulun 31-də İranın paytaxtı Tehranda həyata keçirilən sui-qəsdlərə görə İran və Hizbullahın mümkün cavab tədbirləri müzakirə edilib. İran və Hizbullahın cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etmək əvəzinə, İsrail nazirlərinə, millət vəkillərinə, hərbi və kəşfiyyat birliklərinin rəsmilərinə sui-qəsd cəhdi ola biləcəyi qiymətləndirilib.

Qeyd olunub ki, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri İsrail nazirlərinə “İran və Hizbullah sui-qəsd cəhdinə cəhd edə bilər” xəbərdarlığını edib.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 16-08-2024, 15:19