İsrailin milli təhlükəsizlik nazirinə sui-qəsd planlaşdıran qrup saxlanıldı – “İranla əlaqələri var”
İsrail təhlükəsizlik orqanları çərşənbə günü israillilərə qarşı terror aktları törətməyi və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sui-qəsd etməyi planlaşdıran bir qrup şəxsi həbs edib.
“AzPolitika.info” bu barədə «Jerusalem Post» nəşrinə istinadla xəbər verir.
“Şin Bet” Təhlükəsizlik Agentliyindən qeyd olunur ki, həmin şəxslər İranın xüsusi xidmətlərilə əlaqədə olublar. «İsrailin təhlükəsizliyini pozmaq üçün İran rejimi tərəfindən işə götürülən beş şübhəli - üç fələstinli və iki İsrail vətəndaşı həbs edilib.
Murad Kamamja və Hassan Mujarima adlı fələstinli şübhəlilərdən ikisi İran təhlükəsizlik qüvvələrinə işləyən İordaniya sakini tərəfindən idarə olunmaqda təqsirli bilinir», deyə məlumatda bildirilir.
Məlumata görə, bu şəxslər İsrailə qaçaq yolla silah keçirməkdə, habelə, nazir İtamar Ben-Qvir və sabiq Knesset üzvü, tanınmış ravvin və siyasətçi Yehudan Qlikə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunurlar.
KARUSEL / DÜNYA
Tarix: 27-09-2023, 21:03